Şimali Koreya 2 qısa mənzilli raketin sınağını həyata keçirib.
“Qafqazinfo” “İnterfks”a istinadən xəbər verir ki, bu barədə Yaponiya hökuməti məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 05:34 və 05:57-də Vonsan bölgəsindən Yapon dənizi istiqamətində havaya buraxılan raketlər təxminən 50 kilometr havalandıqdan sonra 430 kilometr yol qət edib.
Yaponiyanın Müdafiə naziri Takesi İvaya bildirib ki, raketlər ölkənin eksklüziv iqtisadi zonasına çatmadığından milli təhlükəsizliyə birbaşa təhdid yaratmayıb.
O qeyd edib ki, hazırda Yaponiya tərəfi bütün müvafiq məlumatları toplamaq və təhlil etməkdə davam edir.
Nazirin sözlərinə görə, Yaponiya tərəfi yeni raket buraxılışı məsələsində ABŞ və Cənubi Koreya ilə sıx əlaqə saxlayacaq.
Son xəbərlər
Son Xəbərlər