Şimali Koreya tezliklə sərhədlərini qismən aça və 2020-ci ildə pandemiyanın əvvəlində ölkə xaricində olan vətəndaşların ölkəyə girişinə icazə verə bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Pekində yerləşən “Koro Tours” tur agentlik yayıb.
“Koryo Tours şirkəti avqustun 10-u Şimali Koreyanın tezliklə öz sərhədlərini açacağı barədə məlumat əldə edib. Bu, 2020-ci ilin yanvarında COVID-19-un yayılmasının qarşısının alınması məqsədi ilə sərhədlərin bağlanmasından sonra ilk dəfə baş verəcək.
Rəsmi tarix qeyd olunmasa da, bunun tezliklə baş verəcəyi bildirilib”, - deyə agentliyin məlumatında qeyd olunub.
Sərhədlərin açılmasının ilk mərhələdə yalnız Şimali Koreya vətəndaşlarına şamil ediləcəyi vurğulanıb.
Qeyd edək ki, Şimali Koreyada beynəlxalq uçuşlar bağlı olaraq qalır.
Son xəbərlər
Son Xəbərlər