Şimali Koreya növbəti dəfə ballistik raketləri sınaqdan keçirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə NHK telekanalı Cənubi Koreya müdafiə nazirliyinə istinadən xəbər verib.
Ballistik raket çərşənbə axşamı səhər saat 09.40-da (Bakı vaxtı ilə 04.40) buraxılıb.
Raketin Yapon dənizində Yaponiya iqtisadi zonasına düşə biləcəyi vurğulanıb.
Sınaqların nəticələri barədə hələ ki, məlumat verilmir.
Son xəbərlər
Son Xəbərlər