Cənubi Koreya Şimali Koreyanın Yaponiya dənizi istiqamətində iki naməlum raket atdığını elan edib.
“Qafqazinfo”nun “TASS” agentliyinə istinadən xəbərinə görə, raket atışı Vonsan şəhəri ərazisindən həyata keçirilib.
Qeyd edək ki, bu, 2020-ci ilin əvvəlindən bəri yarımadada ilk raket atışıdır. Ötən ilin dekabrında KXDR lideri Kim Çen In ölkəsinin tezliklə yeni strateji silahlar təqdim edəcəyini açıqlamışdı.
Orxan Məmməd
Son xəbərlər
Son Xəbərlər