Şimali Koreyadan raket sınaqları

simali-koreyadan-raket-sinaqlari
Oxunma sayı: 988

Yaponiya və Cənubi Koreya Şimali Koreyanın “ballistik” olduğu təxmin edilən raket sınağı keçirdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi Yaponiya hökumətinə istinadən məlumat yayıb.

Raketin dənizə düşdüyü bildirilib.

Baş nazir Suqa Yoşihidenin hökumətin əlaqədar qurumlara proqnozlaşdırılmayan vəziyyətlərə qarşı hazırlıq görmələri təlimatı verdiyi qeyd olunub.

“Yonhap” agentliyinin Cənubi Koreya Baş Qərargahına istinadən yaydığı xəbərə görə, Şimali Koreya “müəyyənləşdirilməyən” raketi ölkənin şimal sahillərinə atıb.