“Şimali Koreyanın atdığı raket təxribatdır” - Cənubi Koreya

“Şimali Koreyanın atdığı raket təxribatdır”
Oxunma sayı: 3004

ABŞ-ın Cənubi Koreya ilə hərbi təlimindən əvvəl Şimali Koreyadan reaksiyalara səbəb olacaq addım atılıb. Belə ki, Şimali Koreya ballistik raket buraxıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Koreya hərbi rəsmiləri Şimali Koreyanın atdığı qısa mənzilli raketin ölkənin şərq sahillərinə düşdüyünü bildirib.

Cənubi Koreya bunu “ciddi təxribat” kimi qiymətləndirib və Şimali Koreyanı pisləyib.

ABŞ-dan raket sınağı ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Qeyd edək ki, ABŞ-ın nüvə mühərrikli təyyarədaşıyan gəmisi Cənubi Koreya ilə birgə təlimdə iştirak etmək üçün regiondadır.