Şimali Makedoniya 5 rusiyalı diplomatı ölkədən çıxarır

simali-makedoniya-5-rusiyali-diplomati-olkeden-cixarir
Oxunma sayı: 1794

Rusiyanın Şimali Makedoniyadakı səfiri Sergey Bazdnikin bu gün ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

Məlumata görə, XİN-də səfirə 5 rusiyalı diplomatın “persona non grata” (“arzuolunmaz şəxs”) olaraq tanınmasına dair nota təqdim edilib.

Məsələ ilə bağlı hələ ki Rusiya XİN-ə rəsmi məlumat daxil olmayıb.