Şimali Makedoniya millisinin sabiq üzvü “Səbail”də

simali-makedoniya-millisinin-sabiq-uzvu-sebailde
Oxunma sayı: 1004

“Səbail” növbəti transferini rəsmiləşdirib.

"Qafqazinfo" xəbər verir ki, paytaxt klubu Şimali Makedoniyadan olan yarımmüdafiəçi Milovan Petroviçi heyətinə qatıb.

Bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb. Tərəflər 6 aylıq müqaviləyə imza atıblar.

Qeyd edək ki, son olaraq ölkəsində “Vardar”da çıxış edən Petroviç, Şimali Makedoniya yığmasında da 9 oyun keçirib.