Şimali Makedoniyada avtobus qəzası - 13 ölü, 30 yaralı

simali-makedoniyada-avtobus-qezasi
Oxunma sayı: 689

Şimali Makedoniyada sərnişin avtobusu aşıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, qəza nəticəsində 13 nəfər ölüb, 30 nəfər yaralanıb. Bu barədə səhiyyə naziri Venko Filipçe bildirib. Yaralılardan biri hamilə qadındır. Ölənlərdən 7-si hadisə yerində, qalanları isə xəstəxanada dünyasını dəyişib.

Qəzanın səbəbləri araşdırılır.