Şimali Makedoniyada prezident seçkilərinin ikinci turu bitib - İlkin nəticələr

simali-makedoniyada-prezident-seckilerinin-ikinci-turu-bitib
Oxunma sayı: 776

Şimali Makedoniya Respublikasında prezident seçkilərinə keçirilən səsvermənin ikinci turu Bakı vaxtı ilə saat 21:00-da başa çatıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, MSK bülletenlərin 30,63%-ni artıq hesablayıb.

İlkin nəticələrə görə, hakim Sosial-Demokrat İttifaqı partiyasının rəhbəri Stevo Pendarovski səslərin 56,98%-ni, Qordana Silyanovska Davkova 39,61%-ni toplayıb.