Şimali Makedoniyada zəlzələ olub

simali-makedoniyada-zelzele-olub
Oxunma sayı: 997

Şimali Makedoniyada 4,7 maqnitudalı zələzə olub.

Bu barədə “Qafqazinfo” Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.

Zəlzələ yerli vaxtla saat 21:17-də (Bakı vaxtı ilə 14 mart 01:17-də-red.) qeydə alınıb. Yeraltı təkanların episentri 38,5 min əhalisi olan Qostivar şəhərindən 18 kilometr aralıqda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.