Şimali Osetiyanın Səhiyyə naziri koronavirusa yoluxdu

simali-osetiyanin-sehiyye-naziri-koronavirusa-yoluxdu
Oxunma sayı: 888

Şimali Osetiyanın Səhiyyə naziri Tamerlan Qoqiçayev koronavirusa yoluxub. “Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti”yə qurumun Mətbuat Xidmətindən bildirilib.

Agentliyin “Nazir Qoqiçayev həqiqətənmi koronavirusa yoluxub?” sualına cavab olaraq, Şimali Osetiyanın Səhiyyə Nazirliyindən müsbət cavab verilib.

Qeyd edək ki, Şimali Osetiyada 2 387 yoluxma halı qeydə alınıb. Onlardan 1 164-ü sağalıb, 22-si həyatını itirib.