Şimali və Cənubi Koreya sərhədində partlayış oldu

simali-ve-cenubi-koreya-serhedinde-partlayis-oldu
Oxunma sayı: 1666

Şimali Koreyanın Cənubi Koreya ilə sərhədə yaxın Keson şəhərində partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Rönxap” agentliyi məlumat yayıb. Mənbələrdən verilən məlumata görə, Keson şəhərində sənaye kompleksinin yerləşdiyi rayonda havaya qalxan tüstü və duman kütləsi görünüb.

Cənubi Koreyanın Birləşdirmə Nazirliyinin məlumatına görə, Şimali Koreya hakimiyyəti koreyalararası rabitə ofisinin binasını partladıb.

Bildirilib ki, bu hadisə KXDR-in silahsızlaşdırılmış sərhəd bölgələrinə qoşun göndərməyi planlaşdırması barədə yayılan xəbərlərdən bir müddət sonra baş verib. Həmçinin Şimali Koreya hökuməti cənub qonşuları ilə sərhəd bölgələrini gücləndirməyə başlayıb.

Qeyd edək ki, İyunun 9-da Şimali Koreya Seul ilə bütün rabitə xətlərini bağlayıb. Bundan bir müddət əvvəl, Pxenyanda hərbi və iki ölkənin yüksək rəhbərliyi arasındakı xüsusi rabitə xətti daxil olmaqla bütün kanallar üzrə əlaqələrin kəsilməsi barədə fərman imzalanmışdı.