Simeone qeyri-etik jestindən danışdı - “Məqsədim...”+Video

simeone-qeyri-etik-jestinden-danisdi
Oxunma sayı: 3242

UEFA Çempionlar Liqasında “Yuventus” üzərində qələbə qazanan “Atletiko”nun baş məşqçisi Dieqo Simeone qalmaqallı hərəkəti ilə gündəmə gəlib. “Qafqazinfo” xəbər verir ki, o, komandasının vurduğu ilk qol zamanı qeyri-etik jest edib. 

Argentinalı çalışdırıcının bu hərəkəti dünya mediasının gündəminə çevrilib. 

Məşqçi özü isə bu hərəkətə oyundan sonra aydınlıq gətirib. Simeone hərəkəti rəqibi qıcıqlandırmaq üçün etmədiyini deyib: “O jesti rəqibə ünvanlamamışdım. Belə bir hərəkəti futbol oynadığım zaman “Latsio” – “Bolonya” görüşündə də etmişdim. Bunu təkrarlamaqda məqsədim azarkeşlərimizə yumurtalarımızın olduğunu göstərmək idi. Sadəcə, azarkeşlərimizə bir müraciətim idi. Bilirəm ki, bu jesti müsbət adlandırmaq olmaz, ancaq belə etməli olduğumu düşündüm”.