Şimon Peres yenidən xəstəxanaya yerləşdirildi

simon-peres-yeniden-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 702

On gün əvvəl infarkt keçirən İsrailin baş naziri Şimon Peres yenidən xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 92 yaşlı baş nazir sinəsində yaranan ağrılara görə xəstəxanaya aparılıb.

Qeyd edək ki, Peresin ötən həftə əməliyyat yolu ilə tıxanan ürək damarı açılmışdı. Baş nazirin müalicə aldığı xəstəxanadan isə bildirilib ki, Peres müayinə olunmaq və analizlər üçün gətirilib.

Haaretz qəzeti Peres daha bir cərrahi əməliyyat keçirməsinə ehtiyac olmadığını yazıb.