“Rossiya seqodnya” xəbər agentliyinin və RT telekanalının baş redaktoru Marqarita Simonyan Rusiyanın Ukraynaya qarşı apardığı müharibəsini qınayan rusiyalı şoumen Maksim Qalkini gey adlandırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, Vladimir Solovyovun “Rossiya-1” telekanalında yayımlanan verilişinin canlı yayımında bildirib.
“Qalkin indi nə edir? Onun Rusiya və Rusiya ordusuna ləkə yaxmasına qulaq asa bilmirəm”, - Simonyan deyib. O, dostlarından şoumenin iştirakı olan hansısa videoları ona göndərməmələrini xahiş edib.
Simonyan sözlərinə belə davam edib: “Bilmirəm, bu haqda efirdə danışmaq olar, ya yox, amma mən deyəcəyəm, çünki insan özünə belə şeyləri yaraşdırır, mən də özümə həmişə onun haqda düşündümü deməyi yaraşdıracağam. Hər kəsə məlumdur ki, o geydir və gözdən pərdə asmaq üçün yaşlı qadınla evlənib və bütün auditoriyasını inandırmağa çalışır ki, onlar əsl sevgi yaşayır. Siz axı bu insanın daxili riyakarlıq, yalan və keyfiyyətlərinin səviyyəsini başa düşürsünüz”.
Son xəbərlər
Son Xəbərlər