Simonyandan Zelenskinin İrəvana mümkün səfəri barədə açıqlama

simonyandan-zelenskinin-irevana-mumkun-seferi-barede-aciqlama
Oxunma sayı: 2197

Ermənistan parlamentinin spikeri Alen Simonyan Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəyə mümkün səfəri ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Simonyan jurnalistlərə açıqlamasında bu məsələ ilə bağlı məlumata sahib olmadığını qeyd edib:

“Zelenskinin səfərinə gəldikdə isə, hazırda belə bir məlumat yoxdur, lakin bu səfər baş tutarsa, bu, tək Ermənistana deyil, regional səfər olacaq”.

Qeyd edək ki, Ermənistan mediasında daha əvvəl yayılan məlumata görə, Zelenski martın 4-5-i Ermənistana səfər edəcək. Lakin bu məlumat rəsmi olaraq təsdiq edilməyib.