“Simurq”la bağlı daha bir ittiham- - 47 minlik borc

simurqla-bagli-daha-bir-ittiham-
Oxunma sayı: 1099


"Qafqazinfo" komanda.az-a istinadən xəbər verir ki, Zaqataladan daxil olan məlumatda bildirilir ki, "Simurq"un prezidenti Anar Bəkirovun fırıldaqçılığı nəticəsində bir neçə nəfər pis vəziyyətdə qalıb.

Yanvar ayından sonra maliyyə böhranı ilə üzləşən klub rəhbərliyi futbolçuların qidalanmasını təmin etmək üçün ərzaq mallarını Zaqataladakı mağazalardan nisyə götürməli olub. Bunun üçün klubun vitse-prezidenti Fərhad Əfəndiyev zamin durub.

May ayına qədər klubun mağazalara 47 min manat borcu olub. 11 min manat borc isə kommunal xərclərə - işıq, qaz və internetə görə yaranıb.

Anar Bəkirov Fərhad Əfəndiyevi əmin edib ki, futbolçuların satışından əldə olunan vəsaitlə borcu ödəyəcək. Ancaq Bəkirov vədinə əməl etməyib. Belə ki, prezident Vüqar Mustafayevin satışından 80 min, Tural Axundovun keçidindən 40 min, Vadim Abdullayevin transferindən isə 50 min manat alıb. 170 min manatı mənimsəyən Anar Bəkirov borcları ödəməkdən imtina edib. O, əvvəlcə Fərhad Əfəndiyevə zəng edərək, ona bildirib ki, Bakıya gəlib pulu götürsün. Bakıya gedən Əfəndiyev 6 gün ərzində Bəkirovla əlaqə saxlaya bilməyib. Telefon zənglərinə cavab verməyən Bəkirovla görüşmək mümkün olmayıb.

Məsələylə bağlı Fərhad Əfəndiyevin də mövqeyini öyrənmək istədik. Ancaq bizə bildirdilər ki, borc sahibləri pullarını tələb etdiyinə görə, Əfəndiyev də telefonunu söndürərək, gizlənməyə qərar verib.

“Qafqazinfo”