Sinan Oğan da prezidentliyə namizədlikdən geri çəkilib?

sinan-ogan-da-prezidentliye-namizedlikden-geri-cekilib
Oxunma sayı: 3657

Türkiyədəki prezident seçkilərində namizədliyini geri çəkəcəyi deyilən Sinan Oğan həmin iddialara münasibət bildirib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, o, namizədliyini geri çəkəcəyi iddialarının həqiqəti əks etdirmədiyini deyib.

"Bizə qarşı oynanılması nəzərdə tutulan oyunlara alət olmayın", - deyə o vurğulayıb.

Qeyd edək ki, Sinan Oğan “ATA” İttifaqından prezidentliyə namizəddir.

Xatırladaq ki, Türkiyənin Məmləkət Partiyasının sədri Muharrem İnce prezidentliyə namizədliyini geri götürüb.