Sınaq imtahanlarına qeydiyyat başlayıb

sinaq-imtahanlarina-qeydiyyat-baslayib
Oxunma sayı: 1042

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə keçirilən onlayn sınaq imtahanlarına qeydiyyat başlayıb.

Dövlət İmtahan Mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, onlayn sınaq imtahanlarında yeni test tapşırıqlarından istifadə olunacaq.

İmtahanlar martın 2-dən etibarən gün ərzində 3 dəfə saat 9.00, 15.00 və 20.00-da keçiriləcək. Abituriyentlər imtahana yazılarkən imtahan tarixi və başlama saatını seçməlidirlər. İmtahanı başlamaq üçün müvafiq link abituriyent imtahana yazılarkən qeyd etdiyi tarix və saatda aktivləşdiriləcək. İmtahanı yalnız həmin vaxtdan etibarən 3 saat müddətində vermək mümkündür. İmtahanı yazıldığı vaxtdan gec başlayanlar üçün əlavə vaxt verilmir.

İmtahanda iştirak haqqı 3 manatdır.