Sinay yarımadasında 18 terrorçu öldürülüb

sinay-yarimadasinda-18-terrorcu-oldurulub
Oxunma sayı: 733

Misir Hərbi Qüvvələrinin Sinay yarımadasında keçirdiyi əməliyyat nəticəsində 18 silahlını məhv edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə  TASS agentliyi məlumat yayıb.

Agentliyin məlumatına əsasən əməliyyat zamanı  32 terrorçu həbs edilib. Eyni zamanda xeyli sayda silah-sursat və 29 minalanmış motosiklet ələ keçirilib.

Xatırladaq ki, ordu Sinay yarımadasının şimalında iki ilə yaxındır ki, terrorçulara və radikallara qarşı anti-terror əməliyyatı aparır.