ABŞ prezidenti Donald Trampla Yaponiyanın baş naziri Sindzo Abe aprelin 26-da Vaşinqtonda görüşəcəklər.
“Qafqazinfo”nun “İnterfaks”a istinadən xəbərinə görə, görüşdə BMT-nin Şimali Koreyaya qarşı sanksiya tətbiq edilməsinin vacibliyi məsələsi, iki ölkə arasında ticari əlaqələr müzakirə ediləcək.
Bundan başqa, Abe birinci xanım Melaniya Trampın 26 apreldə baş tutacaq ad günü mərasimində də iştirak edəcək.
Məlumata görə, Tramp baş nazirin dəvəti ilə 26-28 may tarixlərində Yaponiyaya rəsmi səfər edəcək.
Son xəbərlər
Son Xəbərlər