“Sinəmə silikon taxdırmamışam”- - Günay

sineme-silikon-taxdirmamisam-
Oxunma sayı: 5307


- “Baku Fashion Nights 2015” də iki gün  əsas model olaraq iştirak edəcəksiniz. Bu haqda nələr deyə bilərsiniz?

- Dəfilənin ilk günü nümayişi izləyəcəm. Növbəti iki gün isə səhnəyə əsas model olaraq çıxacaq. Azərbaycanda moda sahəsinin inkişafından kifayət qədər məlumatım yoxdur, dəfiləni izləyib xəbərdar olacam. Çox sevinirəm ki, artıq Azərbaycanda da möhtəşəm nümayişlər keçirilir. Bu məni xoşbəxt edir.  Martın16-sı Türkiyəyə qayıdacam.  Martın 22-si Nizami kinoteatrında “Kod adı K.O.Z” filminin qala gecəsinə qatılacam. Siyasi filmdir, ciddi layihədir. Sevinirəm ki, belə bir filmdə qadın baş rol ifaçısı kimi rol alıram”.

- Yeni film və ya serial təklifləri varmı?

- Əlbəttə, var. Böyük bir layihə var, sentyabrda başlayacaq. Serialdır, adını deyə bilmərəm. İki serialdan təklif var. Birində casus obrazını canlandıracam. Bu obraz üzərimə yapışdı. Digərində isə  tarixi bir qadın obrazını canlandıracam. 

- Özünüz hansı obrazı canlandırmaq arzusundasınız?

- Casus obrazını canlandırmağı sevirəm. Qatil rolunu oynamaq isə arzumdur. Film sahəsində peşəkar deyiləm, hələ ki, öyrənirəm. Mən jurnalist olmuşam. Daha sonra modellik sahəsində uğur qazandım. İndi isə aktrisalıq təhsili alıram. Əminəm ki, bu sahədə də uğur qazanacam və siz mənimlə fəxr edəcəksiniz. 

- Türkiyə mətbuatında özəl həyatınız tez-tez gündəmə gətirilir. Bu xəbərlər sizi narahat etmirmi?

- Bunun qarşısını almaq mümkün deyil, hər gün haqqımda bir yazı dərc olunur. Yalnız yaradıcılığımla və övladımla bağlı suallara cavab verə bilərəm. Məşhur olduğum üçün bu normaldır, o cür xəbərləri izləmirəm.

- Oğlunuz Azərbaycan dilində danışa bilir?

- Danışmağa indi başlayıb. Ana tərəfi azərbaycanlıdır. Azərbaycanca danışmaq və bilmək məcburiyyətindədir. Bu onun borcudur. 

- Şəxsi həyatınızda hər şey qaydasındadır?

- Hər şey qayıdasında deyil. Bu haqda “Kod adı K.O.Z” filminin  qala gecəsində  danışacam və özəl həyatımla bağlı açıqlamalar verəcəm. 

- “Qadına şiddətə yox” dəfiləsində geyindiyiniz qırmızı, dekolte libasdan sonra sinənizə silikon taxdırdığınız iddia edildi. 

- Kimin nə nəsə yazmasından, nə də deməsindən xəbərim var.  Hər nümayişdən sonra geyindiyim paltar  partlayış edir və müzakirəyə çıxarılır.  Sinəmə silikon taxdırmamışam. Dodağımda gel vardı, onları çıxartdırdım. Hazırda təbii dodaqlarımdır. Ondan başqa heç bir əməliyyat etdirməmişəm. Əməliyyatlara pis baxmıram. Hələ ki, cavanam. Yaşlandığımı hiss edəndə bu cür əməliyyatlara üz tutacam.

Könül