Rusiyalı rəssam İrina Romanovskaya sinəsiylə “Oscar”a qovuşan Leonardo Di Kaprionun portretini çəkib.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, rəssam Di Kaprionu sevdiyi üçün bu addımı atdığını bildirib:
“Əminəm ki, hər kəs bu anı gözləyirdi. O, mənim ən sevdiyim aktyordur”.
İrina bütün gecəni rəsmi tamamlamaq üçün oyaq qaldığını, Di Kaprionu görmək üçün Hollivuda səfər edəcəyini söyləyib.
Qeyd edək ki, Romanovkaya sinəsiylə Di Kapriodan əvvəl Rusiya lideri Vladimir Putin və ABŞ prezidenti Barak Obamanın portretini çəkmişdi.




Son xəbərlər
Son Xəbərlər