“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, 16 yaşlı Maksvel sinif yoldaşını qətlə yetirib və daha sonra onun cəsədinin fonunda “selfie” çəkib. Çəkdiyi şəkli Maksvel dostuna göndərib və qeyd edib ki, ölənlərin sayı artacaq. Məlumata görə, onun dostu sözügedən fotonu anasına göstərib və nəticədə qadın hüquq-mühafizə orqanlarına müraciət edib.
Hazırda, Maksvel saxlanılıb və hadisə ilə bağlı istintaq aparılır.
Sevda
Son xəbərlər
Son Xəbərlər