“Sınıq Körpü”də sıxlıq

siniq-korpude-sixliq
Oxunma sayı: 1416

Azərbaycanın “Sınıq Körpü” gömrük keçid məntəqəsində çiddi problemlərin yarandığı bildirilir.

"Qafqazinfo"nun məlumatına görə, bu barədə musavat.com-a oxucularımızdan biri məlumat verib.

Oxucumuzun verdiyi məlumata görə, hazırda “Sınıq Körpü” gömrük keçid məntəqəsindən keç kəsə keçməyə icazə verilmir. Ona görə də, gömrük keçid məntəqəsində uzun növbə yaranıb.

Belə ki, “Sınıq Körpü” gömrük keçid məntəqəsində təxminən 300 nəfərə yaxın şəxs keçid üçün icazənin verilməsini gözləyir.