Mingəçevirdə İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə əlaqədar Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində problem yaranıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov “Qafqazinfo”ya bildirib ki, artıq mövcud problem aradan qaldırılıb.
"Həmin problemin aradan qaldırılması müddəti ərzində Azərbaycan ilə Gürcüstan sərhədində yerləşən "Sınıq Körpü" keçid məntəqəsində nisbi sıxlıq yaranmışdı. Hazırda həmin sıxlıq da aradan qaldırılıb.
Eyni zamnada Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində yaranan problem aradan qaldırılıb”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər