Sinqapur Efiopiyadakı qəzadan sonra bu təyyarənin istifadəsini dayandırdı

sinqapur-efiopiyadaki-qezadan-sonra-bu-teyyarenin-istifadesini-dayandirdi
Oxunma sayı: 932

Sinqapurun Mülki Aviasiya İdarəsi (CAAS) “Boeing 737 MAX” tipli sərnişin təyyarələrinin istifadəsini müvəqqəti olaraq dayandırıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu qərar Efiopiyada həmin mondel təyyarənin qəzaya uğrayaraq 157 nəfərin ölümünə səbəb olması ilə əlaqədar verilib.

Hazırda CAAS bu təyyarələrlə bağlı mümkün riskləri araşdırır.

Qərarın nə vaxta qədər qüvvədə olacağı açıqlanmayıb.