Yaponiyanın keçmiş Baş naziri Şinzo Abenin dəfn mərasimi iyulun 12-si baş tutacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Kyodo” agentliyi yayıb.
Məlumata görə, Ş.Abe doğulduğu Yamaquti prefekturasında dəfn ediləcək.
Xatırladaq ki, iyulun 8-i Şinzo Abe Nara şəhərində çıxışı zamanı güllələnib. Xəstəxanaya çatdırılan Abenin həyatını xilas etmək mümkün olmayıb. Ona atəş açan Teçuya Yamaqami isə hadisə yerində saxlanılıb. Yamaqaminin Abeyə əldəqayırma odlu silahdan atəş açdığı bəlli olub.
Son xəbərlər
Son Xəbərlər