Şinzo Abenin qardaşı yeni hökumətdə yer aldı

Şinzo Abenin qardaşı yeni hökumətdə yer aldı
Oxunma sayı: 531

Yaponiyada keçmiş Baş Nazir Şinzo Abenin yerinə Yoşihide Suqanın seçilməsi ilə bu gün yeni hökumət qurulub.

“Qafqazinfo” xəbər verir ki, nazirlərin təyin olunması prosesi Yaponiyanın “NHK” telekanalı tərəfindən canlı yayımlanıb. 2019-cu ilin sentyabrından ölkənin Xarici İşlər naziri olan 64 yaşlı Toşimitsu Motegi öz postunda qalıb.

Keçmiş İqtisadiyyat, Ticarət və Sənaye naziri, Rusiya ilə iqtisadi əməkdaşlığın inkişafı məsələləri ilə məşğul olan 64 yaşlı Hiroşi Kajiyama da vəzifəsində qalıb.

Eks-Baş Nazir Şinzo Abenin kiçik qardaşı və Yaponiyanın keçmiş Xarici İşlər nazirinin müavini 61 yaşlı Nobuo Kişi ölkənin Müdafiə naziri təyin olunub.

Müdafiə naziri postunu tərk edən 57 yaşlı Taro Kononu isə İnzibati İslahatlar naziri təyin edilib.

Xatırladaq ki, keçmiş Baş Nazir Şinzo Abe avqustun 28-də uzun müddət davam edən xəstəliyinin ağırlaşması səbəbindən istefa verdiyini açıqlamışdı.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi