Hollivud aktyoru Stiven Siqal ötən gün 70 yaşını Moskvada qeyd edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, aktyor ad gününü paytaxt restoranlarının birində keçirib.
Aktyorun tərcüməçisi və gecənin aparıcısı telejurnalist Vladimir Solovyov olub. Qonaqlar arasında RT telekanalının baş redaktoru Marqarita Simonyan, onun əri, rejissor Tiqran Keosayan, prodüser Viktor Drobış, aktyor Aleksey Çadov, diplomat Oleq Firer də olub.
Qeyd edək ki, bu ilin martında Siqal Ukraynadakı xüsusi əməliyyat barədə danışmaqdan imtina edib. Jurnalistlərin Donbassdakı vəziyyətə münasibəti ilə bağlı sualını cavablandıran aktyor bildirib ki, Rusiya və Ukrayna bir ailədir.
Xatırladaq ki, Stiven Siqal Hollivudun “Müqavilədə ölüm”, “Qanundan yuxarı”, “Mühasirə altında”, “Məhv etmək əmri” filmlərində rol alıb. Aktyor 10 aprel 1952-ci ildə Miçiqanda (ABŞ) anadan olub.
Son xəbərlər
Son Xəbərlər