Siqaret çəkən futbolçular millimizdən uzaqlaşdırıldı

siqaret-ceken-futbolcular-millimizden-uzaqlasdirildi
Oxunma sayı: 2252

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçuları Elnur Hüseynov ("Neftçi", qapıçı) və Vüsal Şabanov ("Zaqatala", qapıçı) nizam-intizam qaydalarını pozduqlarına görə (siqaret çəkdikləri üçün) komandanın heyətindən kənarlaşdırılıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AFFA-nın saytında yazılıb.

Hər iki futbolçunun intizamsız davranış barədə məxsus olduqları klublara AFFA tərəfindən məlumat göndərilib.