İndoneziyanın “Bandung” zooparkında ziyarətçilərin atdığı siqareti çəkən oranqutanın görüntüləri etirazla qarşılanıb.
“Qafqazinfo” xəbər verir ki, video görüntünün ardından heyvanların müdafiəsi təşkilatları ayağa qalxıblar. “Animal Welfare” təşkilatı zooparkdakı heyvanların qorunması üçün aidiyyatı qurumlara çağırış edib.
Qeyd edək ki, “Bandung” beynəlxalq imza kampaniyası saytı olan “change.org”da “ölüm zooparkı” adlandırılıb. Eyni zamanda, bir milyondan çox adam kampaniyada iştirak edərək zooparkdakı vəziyyətin yaxşılaşdırılmasını tələb edib.
Ülviyyə
Son xəbərlər
Son Xəbərlər