“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, "ADDIM" Gənclər təşkilatının həyata keçiriyi 2-ci No Smoking Film Festivalı başa çatıb. Artıq ikinci ildir ki, dünyada ilk dəfə olmaqla ölkəmizdə gerçəkləşən festival "Siqaret çəkməkdənsə, film çək" devizi altında keçirilib və məhz siqaret əleyhinə qisametrajlı filmlər nümayiş olunub, Festival iştirakçıları diplomlarla təltif olunub. Qrand-pri Elçin Telmanoğluna verilib.
“Ən yaxşı rejissor işi” - Elvin Abdullayev
“Ən yaxşı aktyor işi” – Fidan Cəfərova
“Ən orijinal film” – İbrahim Baxşiyev
“Ən yaxşı idea” – Cavanşir Eladisoy
Festivalda Eldar Qasımov, ukraynalı tanınmış müğənni Andrey Yurets iştirak edib.
Son xəbərlər
Son Xəbərlər