“Qafqazinfo” xəbər verir ki, görüşdə bütün dünyada məhşur olan “Siqareti atmanın asan yolu" kitabı təqdim olunaraq əsgər və zabitlərə hədiyyə edilib. Qənirə Paşayeva hazırda il ərzində 5,4 milyon insanın tütündən, siqaretdən istifadə etdiyinə görə dünyasını dəyişdiyini qeyd edib: "Biz bütün gəncləri sağlam gələcək naminə siqaretlə, tütün məhsulları ilə mübarizəyə səsləyirik. Hər bir gəncimiz ilk növbədə özündən, ətrafından başlayaraq tütün məhsullarına qarşı mübarizə aparmalı və gənclərimizin bu zərərli vərdişə tutulmamasına çalışmalıdır. Bu zərərli vərdişə insanlar adətən gənc yaşlarda başlayır və çox hallarda bir daha xilas ola bilmirələr".
Qənirə Paşayeva təqdimat mərasimində “Kim siqaret çəkir?” sualına hər kəsin səmimi və dürüst cavab verməsini istəyib. "Gənclər arasında siqaret çəkənlərin sayı bizi sözün həqiqi mənasında ciddi narahat edir və etməlidir" deyən millət vəkili Qənirə Paşayeva onları bu zərərli vərdişdən xilas olmaq üçün düşünməyə və addım atmağa çağırıb.
Son xəbərlər
Son Xəbərlər