Siqaret tüstüsü uşaqları kökəldir

siqaret-tustusu-usaqlari-kokeldir
Oxunma sayı: 1316


“Qafqazinfo”nun məlumatına görə, Kanadadakı Montreal Universiteti və Saint - Justine Araşdırma Mərkəzi araşdırma aparıb. Aparılan araşdırmalar nəticəsində siqaret tüstüsünə məruz qalan uşaqlarda, bel ətrafında yağlanma və bədəndə kütlə indeksinin artdığı müşahidə olunub.

Elm adamları 2 min 55 nəfər siqaret vərdişi olan yeniyetmə uşaqların çəkisini araşdırıb.

Mütəmadi və davamlı siqaret tüstüsünə məruz qalan 10 yaş arası uşaqların bel ətrafının 1,5 santimetr daha geniş olduğu müəyyən olunub. Bu da öz nöbəsində uşaqların bədən kütlə indeksinin 0,48-0,81 yüksək olduğunu göstərir. 

Araşdırmanın nəticələri “Nicotine and Tobacco Research” jurnalında dərc olunub. 

Zümrüd