Siqaret və spirtə görə növbəti reyd

siqaret-ve-spirte-gore-novbeti-reyd
Oxunma sayı: 1380

Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması ilə bağlı reyd keçirilib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Şəki şəhəri ərazisində mağaza və  köşklərdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.

Həmin iaşə obyektlərinin satıcıları barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub və hər biri 100 manat cərimə olunublar. Bu istiqamətdə reydlər davam etdirilir.