Siqaretdən imtinadan sonra ağciyərlərin təmizlənməsi üçün 5 məsləhət

siqaretden-imtinadan-sonra-agciyerlerin-temizlenmesi-ucun-5-meslehet
Oxunma sayı: 3837

Mərcanı giləmeyvəsi, zəncəfilli çay, eləcə də təmiz havada gəzinti siqaretdən imtina edən insanın ağciyərlərinin daha aktiv təmizlənməsinə kömək edir.

“Qafqazinfo” “MedikForum”a istinadən belə təmizləməni daha effektli etmək üçün mütəxəssis məsləhətlərini təqdim edir:

Birinci məsləhət: mərcanı giləmeyvəsindən istifadə etmək. Onun istifadəsi ağciyərlərin aktiv şəkildə təmizlənməsinə kömək edir. Məhz bu giləmeyvə orqanizmi hava ilə gələn kanserogenlərin təsirindən qoruyur.  

İkinci məsləhət: zəncəfilli çay içmək. Siqaretdən yenicə imtina edənlərin uzunmüddətli nikotin təsirindən zəifləyən ağciyərləri iltihabi proseslərə daha çox məruz qalır. Zəncəfil iltihaba qarşı təsirə malikdir.

Üçüncü məsləhət: sağlam qidalanmaya riayət etmək. Siqaretdən imtina edən insan qida rasionunu rəngarəng etməli, daha çox təzə məhsul, meyvə və tərəvəzə üstünlük verməlidir. Faydalı mikroelementlərlə bol olan qida orqanizmi möhkəmləndirir və immuniteti dəstəkləyir.

Dördüncü məsləhət: tez-tez təmiz havada gəzmək. Uzunmüddətli gəzintilər ağciyərlərin işini bərpa etməyə xüsusilə effektli kömək edir. 

Beşinci məsləhət: passiv siqaret çəkmədən qaçmaq. O, təkcə iradəni zəiflədib pis vərdişə qayıtmağı təşviq etmir, həm də çox zəif olan ağciyərləri yeni kanserogen maddələrlə doldurur.