Siqaretə qadağa qoyuldu

siqarete-qadaga-qoyuldu
Oxunma sayı: 1753


“Qafqazinfo” “anspress”ə istinadən xəbər verir ki, Rusiyada restoranlarda, kafelərdə, barlarda, həmçinin otel və uzun məsafəli səfərlər həyata keçirən qatarlarda siqaret çəkmək qadağan edilib. 

Hökumət bu yolla gənclərin siqaret aludəçisi olmağının qarşısını almağı planlaşdırır. Çünki ölkənin 30 faizə yaxını siqaret çəkməyə meyillidir.

Tətbiq edilən yeni qanunun qüvvəyə minməsi ilə restoran sahibləri artıq müştərilərin getdikcə azaldığından şikayət edirlər.