Siqareti tərgitməyə kömək edən məhsullar açıqlandı

siqareti-tergitmeye-komek-eden-mehsullar-aciqlandi
Oxunma sayı: 2589

Rasionda toyuq, makaron, təbii şirələr, meyvələr və mineral suyun olması siqaretdən imtina dövrünü asanlıqla keçirməyə kömək edəcək. “Qafqazinfo”nun Federal Xəbər Agentliyinə istinadən məlumatına görə, bu qənaətə amerikalı tibb mütəxəssisləri gəlib.

Ekspertlər irimiqyaslı araşdırma zamanı 25 ildir siqaret çəkən könüllü şəxslərin üzərində 14 ay müşahidə aparıb.

Məlum olub ki, rasionunda bitki tərkibli qidalar olan könüllülər siqaretdən imtina dövrünü asan keçirib. Alimlər düzgün qidalanmadan əlavə idmanla da məşğul olmağı tövsiyə edib.

Şirniyyat, acılı yemək, çay, kofe və alkoqol isə siqaretə meyilliyi artıran məhsullar siyahısına daxil edilib.