Bakıda keçirilən Formula 1 Qran-Prisinin sıralama turundan sonra pilotlar açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, əvvəlcə qalib Şarl Lekler danışıb. O, bu rəqabəti gözləmədiyini bildirib:

“İndiki rəqabət inanılmaz idi. Bu cür düşünmürdüm. Birincilik üçün isə xoşbəxtəm”.
Daha sonra Luis Hemilton danışıb:

“Əla rəqabətli bir yarış oldu. Hər kəslə fəxr edirəm. Ümid edirəm ki, hər şey istədiyimi kimi olacaq”.
“Red Bull”un pilotu Maks Verstappen yarışın final mərhələsində yaxşı bala ümid etdiklərini deyib:

“Sabah yaxşı bal toplayacağımıza ümidliyəm. Avtomobillərimiz güclüdür”.
Son xəbərlər
Son Xəbərlər