“SIREN TRADING” şirkəti orduya belə dəstək oldu

siren-trading-sirketi-orduya-bele-destek-oldu
Oxunma sayı: 3442

“SIREN TRADING” MMC işğal altında olan torpaqlarımızın azadlığı üğrunda mübarizə aparan Milli Orduya dəstək məqsədi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna pul vəsaiti köçürüb.

“Qafqazinfo” xəbər verir ki, ilkin olaraq 10 000 manat vəsait köçürən qida və qeyri-qida məhsullarının yayımı ilə məşğul olan “SIREN TRADING” MMC bu missiyanı vətəndaşlıq borcu hesab edir. Şirkət bundan sonra da haqq yolunda rəşadətli ordumuza dəstək olmaq məqsədilə cəbhə bölgəsində düşmən tərəfindən zəbt olunan torpaqlarımızın azad olunması uğrunda gedən qızğın döyüşlərdə iştirak edən əsgərlərin  ailələrinə yardım etməyi davam etdirir.

Həmçinin, Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusunun Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Gəncə ərazilərindəki evləri raket atəşi ilə dağıtması nəticəsində  Bakıda müvəqqəti sığınacaq tapan 50 ailəyə sovqat payı edilib.

Bu xeyirxah və qanunverici missiyada iştirak etməkdən məmnun olduqlarını bildirən kollektivin rəhbərliyi və  üzvləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və qəhrəman Azərbaycan Ordusunun yanında olduqlarını vurğulayıb.

Qarabağ Azərbaycandır!