Sirkə içən qadın öldü

sirke-icen-qadin-oldu
Oxunma sayı: 2428

Ağdaşda intihar hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayon sakini 1948-ci il təvəllüdlü Vəzifə Nəbiyeva dünən günorta saatlarında yaşadığı evdə sirkə turşusu içib. Xəstəxanaya yerləşdirilən qadın orada vəfat edib.

Onun xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.