Sirkə turşusu içən yaşlı kişi xəstəxanada öldü

Sirkə turşusu içən yaşlı kişi xəstəxanada öldü
Oxunma sayı: 1365

İki gün əvvəl Gəncədə sirkə turşusu içərək intihara cəhd edən şəxs xəstəxanada ölüb.

"Qafqazinfo" xəbər verir ki, mayın 12-də 1936-ci il təvəllüdlü, Gəncə şəhər sakini Ziya Məmmədov sirkə turşusu içərək intihara cəhd edib. 

Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən şəhər sakini bu gün reanimasiya şöbəsində keçinib.

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.