Sirkə turşusu içərək özünü öldürdü

sirke-tursusu-icerek-ozunu-oldurdu
Oxunma sayı: 1944

Gəncədə 42 yaşlı qadın intihar edib.

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, şəhər sakini, 1974-cü il təvəllüdlü Qurbanova Tünzalə Vaqif qızı sirkə turşusu içərək özünü öldürüb. Qadının meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.