İnşası başa çatmamış binalardan mənzil alanlar əksər hallarda binaya göstərilən müddətdə köçə bilmirlər.
“Qafqazinfo”nun xəzər xəbər-ə istinadən məlumatına görə, səbəb isə binanın təyin olunan vaxtda tikilib başa çatmamasıdır.
Mütəxəssislərin bu vəziyyətlə qarşılaşan vətəndaşlara tövsiyələri var.
"Bina 2014-cü ildə təhvil verilməliydi. Ancaq hələ yarısı tikilməyib". Tikinti şirkətləri haqqında belə şikayətlər adi hal alıb.
Mütəxəssislər bildirir ki, vətəndaşların tikinti şirkətini məhkəməyə verməklə gecikən müddətə görə kompensasiya tələb etmək hüququ var.
Ekspertlər bildirir ki, vətəndaşlar inşası başa çatmayan binalardan ev alırsa müqavilə şərtlərində tikinti şirkətinin öhdəliklərini diqqətlə oxumalı və binanın inşasının nə vaxt başa çatmasının öhdəlik kimi qeyd olunmasından əmin olmaldıdır.
Belə halla qarşılaşdıqda dərhal peşəkar vəkillərə müraciət edilməli və məhkəmə yolu ilə öz hüquqlarını bərpa edilməlidir.
Son xəbərlər
Son Xəbərlər