Şirkət deposundan oğurluq edənlər saxlanıldı

sirket-deposundan-ogurluq-edenler-saxlanildi
Oxunma sayı: 2866

Bakıda şirkət deposundan oğurluq edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, Binəqədi rayonundakı şirkətlərdən birinin deposundan 5000 manat dəyərində dəmir profillər və 4150 manat dəyərində dəmir dirəklər və naqil oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş E.İbrahimov, İ.Osmanov və E.Mehdiyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.