Şirkət əməkdaşı 110 mindən çox pulu mənimsədi

sirket-emekdasi-110-minden-cox-pulu-menimsedi
Oxunma sayı: 2888

Şəkidə şirkət əməkdaşı külli miqdarda pulu mənimsəməkdə təqsirli bilinir.  

Rayon prokurorluğundan "Qafqazinfo"ya verilən məlumata görə, “A+CO” ASC-nin əməkdaşı tərəfindən ona etibar edilmiş pul vəsaitlərinin mənimsənilməsi barədə araşdırma aparılıb. Araşdırmalarla ASC-nin Kommersiya Departamentinin Satış şöbəsinin region üzrə satış bölməsinin satış təmsilçisi vəzifəsində iləyən Rza İbrahimovun 01.02.2021-ci il tarixindən 03.06.2022-ci il tarixədək tam maddi məsul şəxs kimi ASC-nin ona etibar edilən ümumilikdə 110 min 851  manat məbləğində pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaq davam edir.

Həmçinin oxuyun: Bakıda 13 yaşlı qızı qonşusu zorladı