Şirkət rəhbəri bacısından şikayət etdi - Pula görə

sirket-rehberi-bacisindan-sikayet-etdi
Oxunma sayı: 2612

Bakıda qardaş bacısından polisə şikayət edib.

“Qafqazinfo” lent.az-a istinadən xəbər verir ki, 39-cu Polis Bölməsinə müraciət edən 1968-ci il təvəllüdlü Şahin Novruzov bacısının səhvi ucbatından xeyli miqdarda ziyana düşdüyünü bildirib.

Şikayətçi qeyd edib ki, Xqaəni küçəsi 39 ünvanında yerləşən DDT-İN MMC-nin rəhbəridir. Bir müddət əvvəl bacısı Leyla onun 8 min manatlıq ödənişini elektron vasitə ilə həyata keçirib. Lakin pul ünvanına çatmayıb.

Ş.Novruzov ona dəymiş ziyanın ödətdirilməsinin təmin edilməsini xahiş edib.