Şirkət rəhbərinə qarşı cinayət işi açıldı

sirket-rehberine-qarsi-cinayet-isi-acildi
Oxunma sayı: 666

“Qafqazinfo” xəbər verir ki, “Qlobal” Məhdud Məsuliyyətli Müəssisənin marketinq və ictimaiyyətlə əlaqələr üzrə meneceri Aynurə Quliyevanın qanunsuz hərəkətləri barədə Bakı şəhər sakini Elnarə İsmayılovanın Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş müraciəti üzrə aparılan araşdırmalarla müəyyən edilib ki, Aynurə Quliyeva Elnarə İsmayılovaya “Şengen” vizasının əldə edilməsi üçün 2.200 manat tələb olunduğunu bildirərək, həmin pulun 1.800 manatını sonuncudan almaqla onun adına iş yeri və bankda hesabın olması barədə saxta arayışlar tərtib edib həmin sənədləri ölkəmizdə fəaliyyət göstərən xarici dövlətin səfirliyinə təqdim edib.

Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmış, istintaq aparılır.